Yuxarı

Zorakılıq görüntüləri ilə bağlı daha bir açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zorakılıq görüntüləri ilə bağlı daha bir açıqlama

Sosial şəbəkələrdə işgəncə, zorakılıq görüntüləri ilə bağlı yayılan fotolar suallar doğurur.

Axar.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, təqaüddə olan polis zabiti Cavid Cəfərov bildirib.

"Bu o qədər həssas məsələdir ki, indiyə qədər mütləq kimsə həmin fotolarda əks olunan hansısa yaxınını tanıya bilərdi. Amma bu baş vermədi. Görünür ki, hansısa kənardan idarə edilən, destruktiv qüvvələrin məqsədli olaraq yaydığı görüntülərdir. Əgər fotolara diqqətlə baxılsa, orada gizli numayişlər var. Bayraq və gerbi nəzərdə tuturam. Eləcə də onlardan bir nəfərin bədənində isə mənşəyi məlum olmayan döymələr var. Fotolardan aydın görünür ki, iddialar ictimai fikri çaşdırmağa yönəlib”, - o deyib.

C.Cəfərov vurğulayıb ki, avtomobilin qarşısında selfisi olan vətəndaş ümumiyyətlə hüquq-mühafizə orqanlarında işləmir:

"Məndə olan məlumata görə, sadə həyat tərzi sürür, zəhmətkeş adamdır. Ancaq onu da fotolara əlavə edib şou yaradırlar”.

Tarix
2020.08.11 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla