Yuxarı

FHN-dən Samuxdakı partlayışla bağlı açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-dən Samuxdakı partlayışla bağlı açıqlama

2020.12.04. 22:30

Samux rayonunda qaz sızması nəticəsində fərdi mənzillərdən birində partlayış baş verib.

Axar.az xəbər verir ki, hadisə rayonun Sərkar kəndində baş verib.

Hadisə zamanı evdə olan şəxslərdən biri 24 yaşlı Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə ilk olaraq Samux rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə yaralı reanimasiya şöbəsinə yerləşdilib,onun vəziyyəti ağırdır.Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma başlanılıb.

***

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2020.12.05 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla