Yuxarı

“Qarabağ hekayələri”nin təqdimatı keçirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ hekayələri”nin təqdimatı keçirildi

“Qarabağ hekayələri” qırğız dilində nəşr olunub.

Kult.az xəbər verir ki, kitabın tərtibçiləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) xalqlararası koordinatoru, şair-tərcüməçi Altınbek İsmayıldır.

Kitabda 13 Azərbaycan yazarının qırğız yazıçı və şairləri tərəfindən qırğızcaya uyğunlaşdırılmış, Qarabağda yaşananlara dair 14 hekayəsi yer alıb. Kitabın baş redaktoru və “Önsöz”ün müəllifi Qırğız Milli Yazıçılar Birliyinin başqanı, şair-tərcüməçi Nurlan Kalıbekov, “Təqdim” yazısının müəllifi Qənirə Paşayevadır.

2 cilddə nəzərdə tutulmuş nəşrin redaksiya heyətinə, həmçinin, Azərbaycanın Qırğız Respubliaksındakı səfiri Hidayət Orucov, Milli Məclisin üzvü Cavanşir Feyziyev, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar Mədəniyyət işçisi, şair-tərcüməçi Nurlan Kalıbekov, şair-tərcüməçilər Kubançıbek Arkabaev, Bekbolat Sarıbay daxildir. Kitabı qırğızcaya tanınmış yeni nəsil şair-tərcüməmiləri Bekbolat Sarıbay, Jıldızbek Tursunbay, Joldubek Kaçkınbaev, Kanıbek Umurzakov və Altınbek İsmail uyğunlaşdırıb. Kitabın rəssamı Samat Asılkerimovdur. Kitab “Uluu Toolor” NPM-də nəşrə hazırlanıb.

Təqdimatda hər iki ölkədən 20-ə yaxın ziyalı iştirak edib. Təqdimatda Türkiyənin tanınmış yazıçısı və “Qarabağ hekayələri” kitabının Türkiyədə, başqa türk ölkə və topluluqlarında işıq üzü görməsi üçün böyük zəhməti olan, tanınmış yazıçı-tərcüməçi İmdat Avşar da iştirak və çıxış edib.

Təqdimatda çıxış edən kitabın tərcüməçiləri və redaktorları kitabın çapa hazırlanması prosesində hekayələri həyəcansız oxuya bilmədiklərini və hətta oxuduqca ağladıqlarını dilə gətiriblər. Onlar vurğulayıblar ki, bu hekayələrin qırğız dilində nəşr olunması Azərbaycan haqqında, özəliklə də son 30 ildə Qarabağda baş verən hadisələrlə bağlı bölgədə baş verən hadisələrin Qırğızstan vətəndaşları tərəfindən daha aydın başa düşülməsinə yardım edəcək.

Millət vəkili Cavanşir Feyziyev təqdimat mərasimində çıxış edib, Qarabağ mövzusunu Qırğızstan oxucularına yaxından tanıtmaq məqsədilə bu kitabın çap olunmasına rəhbərlik etdiyinə görə Qırğızstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekova Azərbaycan xalqı adından minnətdarlığını bildirib. Cavanşir Feyziyev son aylarda Qarabağ ərazisində hərbi əməliyyatların gedişi zamanı qırğız gənclərinin sosial şəbəkələrdəki fəallığını yüksək qiymətləndirib və Azərbaycanın haqq işində göstərdiyi mənəvi dəstəyə görə qırğız xalqına minnətdarlığını ifadə edib. Millət vəkili bildirib ki, Azərbaycanda da Qırğızstanda baş verən siyasi hadisələr diqqətlə izlənir və xalqımız qardaş qırğız xalqına sülh və əmin-amanlıq şəraitində yaşamağı arzulayır. Millət vəkili 2019-cu ildə Qırğız yazarlarının Bakıya səfərini tədbir iştirakçılarına xatırladaraq, pandemiya ilə məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qırğız yazarlarını artıq işğaldan azad olunmuş Qarabağa səfər etməyə dəvət edib.

Təqdimat mərasimində MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, kitabın redaksiya heyətinin üzvləri və nəşrin işıq üzü görməsində əməyi olan ziyalılar çıxış edib, ürək sözlərini bölüşüb. Çıxış edənlər vurğulayıblar ki, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə yaxınlaşmalar üçün möhkəm zəmin yaradır.

Tarix
2021.01.18 / 22:16
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla