Yuxarı

Bakıda anadan olmuş rusiyalı yazıçı öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda anadan olmuş rusiyalı yazıçı öldü

Bakıda anadan olmuş rusiyalı yazıçı İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə yazıçının ailəvi dostu, şairə Tatyana Semenova məlumat verib.

“O, koronavirusdan müalicə olunduğu xəstəxanada vəfat edib. Bir həftə reanimasiyada qalıb. Onun 90 illik yubileyinə cəmi bir ay qalmışdı”, - şairə bildirib.

Qeyd edək ki, İ.Ştemler 1933-cü ildə Bakıda, Bakı Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində dünyaya göz açıb. Texniki təhsil alıb. “Taksi parkı”, “Univermaq”, “Arxiv”, “Qatar” onun məşhur əsərlərindəndir.

Müəllifin “Taksi parkı” əsərinin əsasında “Ödəniş” adlı film də çəkilib.

O, “Cənnətdə tənha” romanına görə Qoqol ədəbi mükafatına layiq görülüb.

Tarix
2022.12.03 / 17:04
Müəllif
Kult.az
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla