Yuxarı

Onlar Paşayevadan yazdılar: Dünyanın işığı azaldı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ötən gecə millət vəkili Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində 48 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, siyasi xadimlər və ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə millət vəkilinin ölümü ilə fikirlərini yazıblar.

Millət vəkili Sabir Rüstəmxanlı: “Dünyamızın işığı bir parça azaldı. Gülər üzlü, xoş ovqatlı, ürəyi həyat eşqiylə dolu, yaxşılıq etməkdən, xeyirxahlıqdan zövq alan, уorulmadan çalışan bu gözəl xanım bütün həyatını millətimizin və dövlətimizin maraqlarına, inkişafına sərf etdi. Qənirənin həyatı arzularının gerçəkləşdiyi gün bitdi. Anasına, bütün yaxınlarına təskinlik verir, “başınız sağ olsun, o, hamımızın itkisidir!” deyirəm. Ruhu şad olsun!”

"Teleqraf Holdinq”in rəhbəri Aynur Camal: “Bu qədər hüznlü sonluq olmamalıydı. Ağır, yeri heç vaxt dolmayacaq itkidir. Qənirə Paşayeva nadir şəxsiyyət, nadir insan idi. Allah rəhmət eləsin! Səni unutmayacağam, əzizim”.

Millət vəkili Fazil Mustafa: “Bu axşam acı xəbər hamımızı pərişan etdi. Azərbaycanın fədakar övladı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, əziz Qənirə xanım Paşayeva dünyasını dəyişdi. Qənirə xanıma Allahdan rəhmət diləyir, əzizlərinə və onu sevən minlərlə Azərbaycan insanına başsağlığı diləyirəm. Dostlarının, həmkarlarının xatirəsində unudulmayacaq bir iz buraxdı, dövlətimiz və millətimiz üçün gördüyü işlər hər zaman rəğbətlə anılacaq. Ruhu şad olsun!”

Xalq artisti Tünzalə Ağayeva: “Cəmiyyətimizdən, türk dünyasından, bizdən getdi Qənirə xanım... Düşünmək çox ağırdır. Allah rəhmət etsin”.

Millət vəkili Cavanşir Feyziyev: “Milli Məclisin ən fəal deputatalarından biri, Mədəniyyət Komitəsinin sədri, hörmətli həmkarımız Qənirə xanım Paşayevanın vaxtsız vəfatı çox kədərli bir hadisədir. Xalqı, vətəni üçün əlindən gələn heç nəyi əsirgəməyən Qənirə xanım 20 il ərzində sözün əsl mənasında millətinə vəkillik etdi, onun səsi olmağı bacardı. Hələ çox arzuları və planları vardı. Təəssüf ki, vaxtsız əcəl aman vermədi. Qənirə xanımın ailə üzvlərinə və bütün doğmalarına, onu sevən bütün seçicilərinə və pərəstişkarlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirəm. Allah rəhmət eləsin!”

Millət vəkili Jalə Əhmədova: “Bu amansız ölümü sənə heç yaraşdırmadım Qənirə xanım... Böyük ümidlə möcüzə gözləyirdik, yenidən səni aramızda görəcəyimizə inanırdıq. Amma çox təəssüf, bu baş vermədi. Ölüm xəbərinə heç inana bilmədim, çox sarsıldım və kədərləndim. Acımasız ölüm səni tək bizdən deyil, minlərlə Qənirəsevərlərdən aldı. Demişdin ki, biz bu dünyadan gedəndə nə aparacağıq? Əziz bacım, sən bu dünyadan millətinin ən yaxşı vəkili olaraq nüfuz, hörmət, sevgi, xeyirxah, gözəl insan adını qazanaraq getdin. İnsanların sevgisini qazanmaq isə hər kəsə nəsib olmur. Bu dünyadan Qənirə Paşayeva adlı işıqlı bir insan keçib getdi! Məkanın cənnət olsun, sevimli insan! Nur içində yat! Sənin əziz xatirən daim qəlbimizdə yaşayacaq!”

Tarix
2023.09.29 / 14:28
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla