Yuxarı

Bağça müdiri oğurluğa görə saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonundakı uşaq bağçalarından birinin müdiri oğurluq etdiyinə görə saxlanılıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün Bakı şəhərinə gəlib. Arzu Ağayeva maddi sıxıntıları olduğu üçün xəstə baxıcısı kimi müvəqqəti işləməyə qərar verib. O, Elmira adlı qadınla razılaşaraq, 700 manat qarşılığında evində baxıcı kimi işləyib. Arzu Ağayeva Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binada Elmiranın evində işlədiyi bir aya yaxın müddətdə 3700 manat dəyərində qızıl-zinət əşyalarını, əmlakı oğurlayıb. Həmçinin ev sahibinin təqaüd kartından 925 manat pulu da çıxarıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzaçəkmə müddətində ona Ağdam rayonunun ərazi hüdudlarını, həmçinin yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Tarix
2024.03.12 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla