Yuxarı

Yeni inşa olunan keçid uçdu, FHN hərəkətə keçdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni inşa olunan keçid uçdu, FHN hərəkətə keçdi

22:08

Cəlilabadda qəza nəticəsində piyada keçidi uçub.

Axar.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən iri tonnajlı nəqliyyat vasitəsi yerüstü piyada keçidinin altına dəyib.

Nəticədə keçid aşaraq hissələrə bölünüb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb. Qeyd edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

***

Cəlilabadda piyada keçidinin yola aşmış hissələri kəsilib, hərəkət bərpa olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən yerüstü piyada keçidinin yola aşmış hissələri kəsilib kənarlaşdırılıb. Yolda sərbəst hərəkət bərpa olunub.

Qeyd edək ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Yük avtomobili yerüstü keçidə çırpılıb, yolda məhdudiyyət yaranıb, nəticədə keçid sıradan çıxıb.

Tarix
2024.11.17 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla