Yuxarı

Xankəndiyə gedən şəxs oğurluğa görə tutuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndiyə gedən şəxs oğurluğa görə tutuldu

İşğaldan azad edilmiş Xankəndi şəhərinə gəzintiyə gedən şəxs oradan oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, 41 yaşlı A.Musayev şəxsi avtomobili ilə Xankəndiyə gedib. Məqsədi səyahət olsa da, sonrakı əməli heç də yaxşı olmayıb.

İstintaqla müəyyən edilib ki, A.Musayev orada fərdi yaşayış evinə qanunsuz daxil olaraq paltaryuyan maşın, su isidici, videomaqnitofon, kartof qızardan, katric və digər əşyalar götürərək maşınına yerləşdirib. Həmin əşyaların ümumi dəyəri 354 manat olaraq müəyyən edilib.

A.Musayev əşyaları maşına yığan zaman polis əməkdaşları bunu görüb. Onu saxlayaraq polis idarəsinə gətiriblər. Musayev ifadəsində deyib ki, əşyaları yol kənarında sahibsiz gördüyü üçün götürüb. O, evə daxil olaraq əşyaları götürmədiyini söyləyib.

İş üzrə zərərçəkmiş tərəf kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınıb. Çünki işğaldan azad olunmuş ərazilərdə bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Zərərçəkmiş tərəfin nümayəndəsi əşyalar qaytarıldığı üçün şikayətçi olmadıqlarını bildirib.

Məhkəmə təqsirləndirilən şəxs barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Tarix
2025.01.19 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla