Yuxarı

“Qarabağ”ı tənqid etdi, klubu uduzdu, onu günahlandırdı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ı tənqid etdi, klubu uduzdu, onu günahlandırdı...

“Qarabağ” klubu barəsindəki açıqlaması ilə Azərbaycanda gündəmə gələn Rumıniyanın FCSB klununun sahibi Gigi Bekali bir neçə gün futboldan danışmayacaq.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, bu barədə komandasının UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) evdəki məğlubiyyətdən (1:2, ilk matç 0:1) sonra deyib.

O, komandasın uduzmasına əsəbi reaksiya verib.

Bekali məğlubiyyəti utancverici adlandırıb:

“Bu ana qədər komanda mənə danışmağa imkan verirdi. Bundan sonra nə deyim? Komanda məni lağa qoyursa, danışmağa haqqım var?”

FCSB-nin sahibinin sərt tənqidlərinin hədəfində isə komandanın kapitanı Adrian Şut olub.

Bekali onu “havada gəzən” adlandıraraq, oyun boyu topdan qaçdığını və meydanda liderlik göstərmədiyini bildirib.

“Şut ancaq Tiktok-dadır, nə deyə bilərik? Bütün oyunu təkbaşına Vlad Kirikeş apardı. Halbuki bunu etməli olan Şut idi, o isə hər şeyi Kirikeşin üzərinə atdı. 36 yaşlı oyunçudan matçı udmasını gözləyirsən? Məncə, oyunun taleyi mərkəzdən həll olunur. Şut nə top qəbul edirdi, nə də rəqibdən top almaq üçün ayağını uzadırdı. Məncə, şəxsi həyatı ilə bağlı nəsə problem var, dəqiq bilmirəm. Amma meydanda topdan, futboldan gizlənirdi. Sakit və tərbiyəli oğlandır, amma çox “havada”dır,” – deyə Bekali “Digi Sport Special” nəşrinə açıqlamasında qeyd edib.

Xatırladaq ki, Bekali “Şkendiya” ilə oyundan əvvəl “Qarabağ”la bağlı qalmaqallı açıqlama vermişdi. O demişdi ki, “Qarabağ” onların səviyyəsində rəqib deyil və komandaya 2-3 qolla qalib gələrlər.

Amma FCSB “Şkendiya”nı keçə bilmədi. Beləliklə də “Qarabağ”ın 3-cü mərhələdə rəqibi Rumıniya yox, Şimali Makedoniya çempionu oldu.

Tarix
2025.07.31 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla