Yuxarı

Elmar Baxşıyev "Omoniya" ilə oyundan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Baxşıyev "Omoniya" ilə oyundan danışdı

Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyük hesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya” ilə keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin təcrübəli, yaxşı təşkilatlanmış komanda olduğunu bildirib:

“Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik. Burada havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubət bir qədər çox hiss olunur. Amma bu, futbolçulara problem yaratmamalıdır”.

“Araz-Naxçıvan”ın hücumçusu Çarlz Boli isə matçla bağlı bunları söyləyib: “Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq. Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.

Qeyd edək ki, görüş avqustun 14-də Kiprdə təşkil olunacaq. İlk matçda “Omoniya” 4 cavabsız qolla qalib gəlib.

Tarix
2025.08.13 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla