Yuxarı

Cənab prezident də çoxdandır bunu gözləyirdi - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənab prezident də çoxdandır bunu gözləyirdi - Qurbanov

Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunun sonunda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bildilər.

Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstan “Ferentsvaroş”una 2:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis Prezident İlham Əliyevə təşəkkür edib:

“Cənab prezidentə təbrik etdiyi üçün təşəkkür edirəm. O da bizim kimi çoxdandır bunu gözləyirdi. Həm onu, həm də ailəsini təbrik edirəm. Prezident bir daha göstərdi ki, gözü hər zaman bizim üzərimizdədir”.

O, azarkeşlərin performansını bəyəndiyini vurğulayıb:

“Bu gün sanki stadionumuz tam başqa idi. Çoxdandır kı, belə bir atmosfer görmürdüm. Azarkeşlərimizə təşəkkür edirəm”.

Qurbanov belə oyunlarda soyuqqanlı olmağın vacibliyini qeyd edib:

“Həddindən artıq istək planları poza da bilər. Ağıllı və cəsarətli olmaq ən vacibidir. Futbolçularıma qorxmamalı olduqlarını bildirdim”.

O, rəqibin ən azı bir oyunda qələbəyə layiq olduğunu bildirib:

“Bəzi oyunlar olub ki, şərəflə məğlub olmuşuq. “Ferentsvaroş” da qələbəyə layiq idik. Gördük ki, çox bərk komandadılar. Ən azından bir matçda qələbə qazanmaq onların haqqı idi. Məğlubiyyətə görə futbolçulara irad bildirməyəcəm. Son günlər onların nələr yaşadığını görürdüm. Onlardan soyuqqanlıq tələb edirdim, amma özüm də həyəcanlanırdım”.

Qurbanov “Qarabağ”ın yeni transferlər edəcəklərini istisna etməyib: “Futbolçularımızın sayını çoxaltmaq istəyirik. Transfer xətrinə oyunçu almaq da istəmirik. Hazırda bunun üzərində çox ciddi işləyirik”.

Tarix
2025.08.28 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla