Yuxarı

"Qarabağ"la qarşılaşmaq xoş olacaq - Liverpul

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"la qarşılaşmaq xoş olacaq - Liverpul

"Liverpul" üçün "Qarabağ"la qarşılaşmaq xoş olacaq.

Axar.az report-a istinadən xəbər verir ki, bunu İngiltərə təmsilçisi "Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirərkən deyib.

Niderlandlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında çətin rəqiblərlə üz-üzə gələcəklərini bildirib:

"Ötən il olduğu kimi, bu mövsüm də güclü rəqiblərlə oynayacağıq. Ümumiyyətlə, Çempionlar Liqasının yeni formatında asan püşk olmur. Niderlandda PSV-yə qarşı çıxış etmək xoş olacaq. Eyni sözləri Türkiyənin "Qalatasaray" və Azərbaycanın "Qarabağ" klubları üçün də söyləmək olar. Hər üç komanda ölkələrinin çempionlarıdır. Yenə də bildirmək istəyirəm ki, bütün görüşlər çətin keçəcək".

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Real" (İspaniya), "İnter" (İtaliya), "Atletiko" (İspaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), PSV (Niderland), "Marsel" (Fransa), "Qarabağ" və "Qalatasaray"la (Türkiyə) qarşılaşacaq.

Tarix
2025.08.28 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla