Yuxarı

Juninyonun "Qarabağ"a qayıdışı niyə alınmadı?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Juninyonun "Qarabağ"a qayıdışı niyə alınmadı?

Yay transfer pəncərəsi dövründə adı yenidən "Qarabağ"la halllanan Juninyo karyerasını indiki klubu "Flamenqo"da davam etdirəcək.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın "Bolavip" nəşri məlumat yayıb.

Qeyd edilib ki, bugünlərdə "Qarabağ"dan gələn icarə təklifinə Rio klubu rəhbərliyi mənfi cavab verib.

Məlumata görə, Juninyonun gələcəyi hələ də "Flamenqo"ya bağlıdır. Yazıda bildirilir ki, yanvar ayında “Qarabağ” klubundan 5 milyon avroya transfer olunan hücumçuya daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Riyad" və "Najran" klublarından da icarə təklifi gəlib. Lakin hər iki təklif "Flamenqo" rəhbərliyi tərəfindən rədd edilib. Klub yeni mövsümdə baş məşqçi Filipe Luisin komandasında Juninyoya daha çox oyun imkanı vermək niyyətindədir.

Nəşrin yazdığına görə, hazırda "Flamenqo" rəhbərliyi hesab edir ki, Juninyonu icarəyə göndərmək strateji baxımdan düzgün olmaz. Çünki məşqi heyəti onun tədricən inkişaf edəcəyinə inanır və Braziliya çempionatı (Brasileirão Betano), Braziliya Kuboku və Libertadores turnirinin sıx təqvimi vaxtı futbolçudan yararlanmaq niyyətindədir.

Daxili müzakirələrdə klub etiraf edir ki, Səudiyyə Ərəbistanından gələn təkliflər maliyyə baxımından cəlbedici olub. Lakin klub 5 milyonluq yüksək məbləğə alınmış oyunçudan belə tez imtina etməyi doğru saymır. Bundan əlavə, rəhbərlik hesab edir ki, Juninyo gələcəkdə daha çox ön plana çıxarsa, maddi dəyəri arta bilər.

Hücumçu üçün komandada qalmaq özünü sübut etmək imkanıdır. Oyunçuya yaxın şəxslər bildirirlər ki, Juninyo diqqətini tam olaraq komandada yerini möhkəmləndirməyə yönəldib və Azərbaycandakı uğurlu çıxışından sonra Braziliya futbolunda öz adını tanıtmaq istəyir.

Təkliflər rədd edildiyinə görə, Juninyonun "Flamenqo"nun qarşıdakı oyunlarında daha çox oynayacağı gözlənilir. İndi onun qarşısında duran əsas vəzifə bu oyun dəqiqələrini məhsuldarlığa çevirmək, çətin və həlledici mövsümdə komandasına fayda verməkdir.

Xatırladaq ki, indiyədək Juninyo "Flamenqo"nun heyətində 22 oyunda iştirak edib, lakin yalnız 7 dəfə start heyətində olub və 3 qol vurub.

Tarix
2025.09.03 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla