Yuxarı

“Qarabağ” niyə hücumçu almadı? – Gözəldən açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” niyə hücumçu almadı? – Gözəldən açıqlama

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələ oyunları üçün yeni hücumçu transfer etməməsinin səbəbini açıqlayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, klub rəsmisi bunun maliyyə ilə bağlı olduğunu bildirib.

“Bir milyon dəyəri olan oyunçuya dəyərindən artıq pul ödəsək, klub bir neçə ilə müflis olar. Qurban Qurbanov oyunçulara heç vaxt dəyərindən artıq pul ödənilməsinə razı olmur. Heyətdəki futbolçulara bu dəqiqə on beş milyon təklif gəlsə, buraxmarıq. Qurban hoca onun əvəzinə ayrı-ayrı mövqelərə üç nəfər fərqli oyunçu gətirməyi daha məqsədəuyğun hesab edir.

Mən Musama, Nərimanıma inanıram. Toral Bayramovun ötən il “Budo-Qlimt”ə vurduğu qol məni valeh etdi. Ötən dəfə Musa Qurbanlının “Ferentsvaroş”a meydana girən kimi vurduğu qol da mənə ləzzət etdi. İnanıram ki, bu mövsüm belə qollar yenə görəcəyik” - Tahir Gözəl deyib.

Qeyd edək ki, "Qarabağ" Andre Klovis Olavio Juninyo və Sambo Sumano kimi oyunçularla danışıqlar aparsa da, transferlər baş tutmayıb.

Tarix
2025.09.05 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla