Yuxarı

Qurbanov: Özlərini qeyri-peşəkar apardılar - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov: Özlərini qeyri-peşəkar apardılar - Video

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun yeni futbolçuların transferi ilə bağlı danışıqları dayandırmasını şərh edib.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi Andre Klovis, Olavio Juninyo və Sambo Sumano kimi hücum xətti oyunçuları ilə danışıqlar aparsa da, son anda transferlər baş tutmayıb.

Mütəxəssis isə AzTV-yə müsahibəsində Ağdam təmsilçisinin üzərinə düşənləri yerinə yetirdiyini, qarşı tərəflərin qeyri-peşəkar davrandığını bildirib:

"Transfer pəncərəsində bəzi keçidlər etdik. Yeni futbolçular cəlb etdik komandamıza. Bəzi transferlər isə alınmadı. Bu, bizim istəyimizlə olmadı. İki futbolçunu daha çox istəyirdik. Biri sırf hücumçu idi, digəri isə sol vinger. Hər iki klubla çox geniş danışıqlar getdi. Hər gün danışıqlar dəyişdirilirdi. Bizim tərəfimizdən yox, onlar tərəfindən. Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi. Məncə, biz o məbləğə razı olsaydıq, yenə də yeni bir tələb qoyulacaqdı. Sadəcə olaraq bizə bəlkə də bir az qeyri-peşəkar yanaşdılar. Ona görə də sonda danışıqları dayandırdıq. 3-cü futbolçuda isə işlər bir az qarışıq idi. Sənədləri ilə bağlı problemlər də vardı. İnanın ki, biz sona qədər öz üzərimizə düşəni, hətta artığını etdik".

Tarix
2025.09.06 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla