Yuxarı

Britaniya İsrailə çağırış etdi: İşğaldan əl çək!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya İsrailə çağırış etdi: İşğaldan əl çək!

Biz açıq şəkildə bildirmişik ki, bu qərar (Böyük Britaniyanın Fələstin dövlətini tanıması) həm İsrailin, həm də fələstinlilərin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri İvette Kupe BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkəsinin Fələstin dövlətini tanımasına cavab olaraq İsrailin Qərb sahilinin bir hissəsini ilhaq etməsi yolverilməzdir və bu barədə Təl-Əvivə xəbərdarlıq edilib.

“Bu, sülhü, ədaləti və ən əsası Yaxın Şərqdə təhlükəsizliyi qorumaq üçündür. Biz bölgədəki bütün tərəflərlə bu istiqamətdə işləməyə davam edəcəyik. Ən asan yol sadəcə geri çəkilib “bu çox çətindir” demək olardı, lakin bu qədər dağıntı və əzab gördükdən sonra bunun doğru olmadığını düşünürük.

Biz İsrail dövlətini tanıdığımız kimi, fələstinlilərin də öz dövlətlərinə sahib olmaq hüququnu tanımalıyıq”, – deyə Kupe əlavə edib.

Qeyd edək ki, Böyük Britaniya ötən gün Fələstin dövlətini tanıyıb.

Tarix
2025.09.22 / 11:47
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycan bir çox aspektlər baxımından... - Prezident

Azərbaycanın sabit, uğurlu inkişafı var - Prezident

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış edir - Canlı

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla