Yuxarı

Zabit Səmədov dünya çempionu oldu - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirinə start verilib.

Report xəbər verir ki, turnir çərçivəsində "Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.

Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqədən bir qədər artıq çəkib.

Z.Səmədovun təxminən 120 azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanıb və zalda idmançımıza dəstək olub.

Döyüş Rusiyanın Matç TV və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanıb.

Tarix
2016.08.23 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış edir

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla