Yuxarı

DÇ-2026: hansı komandalar favoritdir? - Ekspert

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-2026: hansı komandalar favoritdir? - Ekspert

Futbol üzrə dünya çempionatında artıq pley-off mərhələsi başlayıb. Bu mərhələdən etibarən bir tendensiya özünü göstərəcək: əsas favoritlər yoluna davam edəcək, digərləri isə mübarizəni dayandıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Natiq Muxtarlı 2026-cı il FİFA Dünya Kubokunu şərh edərkən deyib.

“Burada yalnız böyük sürprizlər ola bilər. Mənim gizli favorit hesab etdiyim komandalar Norveç və Mərakeşdir. Onlar bütün proqnozları alt-üst edib sona qədər irəliləyə bilərlər. Əslində belə olsa, dünya çempionatına əlavə rəng qatılacaq. Amma futbolun qanunauyğunluqlarını nəzərə alsaq, bunu o qədər də inandırıcı hesab etmirəm.

Düşünürəm ki, mərhələlər irəlilədikcə - 1/8 finalda, yaxud 1/4 finalda əsas favoritlər yoluna davam edəcəklər. Bu favoritlər Fransa, Argentina, Braziliya, İspaniya, bəlkə Almaniya və İngiltərədir. Bunlara Niderland və Mərakeşi də əlavə etmək olar. 1/8 finaldan etibarən bu komandalar bir-biri ilə qarşılaşacaqlar. Təbii ki, onları yalnız özləri mübarizədən kənarlaşdıra bilər”, - o bildirib.

Ekspert hazırda Portuqaliyanın əsas favoritlərdən biri hesab edildiyini xatırladıb:

“Hətta turnir başlamazdan əvvəl də belə idi. Amma mən qrup mərhələsindəki oyunlara baxaraq deyirəm ki, Portuqaliyanı hazırda əsas favorit kimi görmürəm. Bununla belə, Portuqaliyanın heyətində ulduz futbolçular var. Ona görə də favoritlər sırasında yer almalıdır. Sadəcə, oyun baxımından qrup mərhələsində istədikləri performansı göstərə bilmədilər. Mən peşəkar baxımdan yanaşıram və həmin oyunlara əsasən onları favorit hesab etmirəm.

Hazırkı oyuna baxsaq, hətta Xorvatiya da Portuqaliyanı 1/8 finalda məğlub edə bilər. Bu baxımdan dünya çempionatı ilə bağlı indidən dəqiq proqnoz vermək olduqca çətindir”.

Natiq Muxtarlı Fransanın heyətində zəif mövqe görmədiyini bildirir:

“Qrup mərhələsindəki çıxışına əsasən demək olar ki, Fransa çox güclü görünür. İstər müdafiə, istər yarımmüdafiə, istərsə də hücum xəttində komandanın zəif yeri yoxdur. Hazırda sanki mükəmməl qurulmuş saat mexanizmi kimi işləyirlər. Amma bu futboldur. Elə oyun ola bilər ki, Fransada heç nə alınmaz və komanda məğlub olar.

Hesab edirəm ki, yarımfinalda əsas favoritləri görəcəyik. Bir şərtlə ki, onlar daha əvvəl bir-biri ilə qarşılaşmasınlar. ABŞ, Kanada və digər komandaların ¼-dən bu tərəfə keçəcəyini gözləmirəm”.

Tarix
2026.06.29 / 17:16
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Peşə-əmək Reabilitasiyası Mərkəzinə neçə nəfər qəbul edilib?

Diqqət: ADY yay qrafikinə keçir...

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla