Yuxarı

Təbriz stadionunda toqquşma, 10 azərbaycanlı həbs edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizin "Traxtur" futbol komandası ilə Tehranın "İstiqal" komandası arasında növbəti görüşdə gərginlik yaşanıb. Təbrizin Səhənd stadionunda baş tutan yarışda təxminən 10 nəfər soydaşımız tutulub. Rejimin təhlükəsizlik qüvvələri Urmu gölünün qurtarılması ilə bağlı şüarlar səsləndirən tamaşaçılara vəhşicəsinə hücum edib və toqquşmalar baş verib. Şüar səsləndirdiyi üçün günahlandırılan və yaxalanan soydaşlarımızın sonrakı taleyi ilə bağlı hələlik heç bir məlumat verilmir.
Güney Azərbaycanın müxtəlif şəhərlərindən stadiona gələn 70 min nəfərdən çox tamaşaçı ingiliscə yazılmış böyük "Save Urmu lake" plakatını qaldırıb və "Urmu gölü can verir-İran onun qətlinə fərman verir!", "Türklərin iftixarı – Traxtur, Traxtur!", "Yaşasın Azərbaycan", "Traxturu el istər - şərəfli millət istər!", "Gəlin gedək, ağlayaq, Urmu göllünü dolsuraq!" kimi milli şüarlar səsləndiriblər. GünAz.TV-nin xəbərinə görə, stadiona gələn tərəfdarlar məmurlar tərəfindən ciddi şəkildə yoxlanılıb və uşaqların valideynləri tərəfindən stadiona gətirilməsinə icazə verilməyib. Stadionda 150 nəfər "İstiqlal" tərəfdarı da olub və onlara stadionun yuxarı hissəsində yer verilib. Onlar hər zamankı kimi polis rejiminə arxalanaraq tərbiyəsizlik edib, "Traxtur" tərəfdarlarının üzərinə müxtəlif əşyalar atıblar.
Qeyd edək ki, Təbriz və Tehran komandalarının oyunu 1-1-lik bərabər hesabla sona çatıb. "Traktor" İran çempionatının 6-cı pilləsində qərarlaşıb.
Tarix
2013.11.09 / 15:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla