Goal.com İngiltərə Premyer
Liqasının ən zəngin klub sahiblərini müəyyənləşdirib.
"Axar.az" siyahını təqdim edir:
Mike Eşli (Nyukasl)
Sərvəti - 2.8 milyard dollar
"Sports Direct" adlı pərakəndə satış mağazasının sahibi olan
Mike Eşli "Nyukasl"ın səhmlərinin bir hissəsini 91 milyon dollara
almaqla hər kəsi təəccübləndirmişdi. Eşli daha sonra da qalan
səhmləri 131 milyon dollara alaraq klubun sahibinə çevirilib.
Maraqlı: Eşli bir dəfə 335 min dollarlıq hesabı ödəmək üçün
qumar oynayıb, amma qazana bilməyib.
Katarina Lieberr (Sautqempton)
Sərvəti - 3 milyard dollar
Katarina Lieberr 2010-cu ildə atasının gözlənilməz vəfatından
sonra 3 milyard dollarlıq sərvətin sahibinə çevirilib.
"Sautqempton"un bütün səhmlərinə sahib olan Lieberr klubun
prezident vəzifəsini də Ralp Kruegerdən təhvil alıb.
Maraqlı: Katarina ""Sautqempton"u satmaq ehtimalının "0"a
bərabər olduğunu deyir.
Şahid Xan (Fulhem)
Sərvəti - 3.8 milyard dollar
Şahid Xan "Forbes"in "Ən varlı 400 amerikalı" siyahısına 125-ci
pillədən qoşulmuşdu. 1980-ci ildə "Flex-N-Gate" adlı avtomobil
hissələri istehsal edən fabrik quran Xan qısa müddətdə içərisində
böyük sərvətin sahibinə çevirilib. O, "Fulhem"i 2005-ci ildə 250
milyon dollara alıb.
Maraqlı: Şahid Xan 2010-cu ildə NFL klublarından "Louis
Rams"dakı səhmlərini Stan Kroenkeyə satıb.
Ellis Şort (Sanderlend)
Sərvəti - 4 milyard dollar
İş dünyasının ən maraqlı simalarından biri olan Ellis Şort
sərvətnin böyük hissəsini riskli yatrımlardan əldə edib. O,
aralarında Almaniyanın "IKB Deutsche Industriebank AG" və
Şotlandiyanın "Skibo Castle" kimi şirkətlərinin də olduğu bir çox
böyük şirkətin səhmlərinə sahibdi. 2008ci ildə "Sanderlend"i satın
alan iş adamı kluba bu günədək 335 milyon dollar xərcləyib.
Maraqlı: Ellis Şort "Sanderlend"in qələbə qazandığı son matçdan
sonra təşkil etdiyi ziyafətdə 3 min dollarlıq bəxşiş vermişdi.
Stan Kroenke (Arsenal)
Sərvəti - 4 milyard dollar
Ticarətə daşınmaz əmlakın satışı ilə başlayan Kroenke daha sonra
"Kroenke Sports Enterprises" adlı şirkət qurub. O, NFL-dən "St.
Louis Rams", NBA-dan Denver Nuggets, NHL-dən "Colorado Avalanche",
AFL-dən "Colorado Crush", MLS-dən "Colorado Rapids" kimi klubların
hissələrini alıb. Kroenke bu klublarla yanaşı, Denverdəki "Pepsi
Center"in də sahibidir. 2007-cü ildə "Arsenal"ın səhmlərinin böyük
hissəsini alan iş adamı bunun üçün təxminən 1,2 milyard dollar
xərcləyib.
Maraqlı: Kroenke "Wal-Mart" zincirinin varisi Ann Valtonla
evlənib. Cütlüyün sərvəti təxminən 6 milyon dollardır.
Co Levis (Tottenhem)
Sərvəti - 4.2 milyard dollar
"Tavistock Group"un prezidenti Levisin bu holdinqi 1975-ci ildə
bir çox sahələrə yatırım qoymağa başlayıb və hazırda 200-dən artıq
şirkəti ətrafında birləşdirir. Enerji və yanacaq sahəsində bir çox
yatırımı olan iş adamı cari mövsümdən əvvəl "Tottenhem"ə təxminən
150 milyon dollar xərcləmişdi.
Maraqlı: Levis hazırda "Aviva" adlı dəbdəbəli gəmisində yaşayır
və işlərini burdan idarə edir. İş adamı həm də ümumi dəyəri
təxminən 1 milyard dollar olan sənət kolleksiyasının sahibidi.
Malkolm Qleyzer (Mançester Yunayted)
Sərvəti - 4.5 milyard dollar
Gənc yaşında ailənin bütün işlərinin başına keçən nyu-yorklu iş
adamı uğurlu yatırımları ilə şirkəti qısa müddətdə böyüdüb. Qlazer
ticarət mərkəzlərinin idarəçiliyini həyata keçirən "First Allied
Corporation" adlı qrupun da rəhbəridi. O, ilk dəfə idman sahəsinə
1995-ci ildə yatırım qoyub. NFL klublarından "Tampa Bay
Buccaneers"i alan Qlazer daha sonra 1,3 milyard avro xərcləyərək
"Mançester Yunayted"i almışdı. Klubun idarəçiliyi ilə oğlanları
məşğul olur.
Maraqlı: Qlazer 1995-ci ildə "Bucs" üçün 192 milyon dollar
ödəyib.
Roman Abramoviç (Çelsi)
Sərvəti - 13.8 milyard dollar
Neft sektorunda yatırımları ilə məşhurlaşan Abramoviç polad
sənayesində də fəaliyyətə başlayıb. Böyük bir gəmi, təyyarə, maşın
və ev kolleksiyasına sahib olan rusiyalı iş adamı 2003-cü ildə
"Çelsi"ni satın aldıqdan sonra böyük pullar xərcləməyə başlayıb.
Ölkəsində "National Academy of Football" adlı bir futbol
akademiyası quran iş adamı Rusiyada 50-dən çox futbol meydançası
tikdirib.
Maraqlı: Abramoviç 10 ən varlı rus iş adamlarından biridi.
Əlişir Usmanov (Arsenal)
Sərvəti: 18.6 milyard dollar
Rusiyanın ən varlı iş adamı olan Usmanov metal və mədən
sektorunda fəaliyyət göstərən şirkətlərin sahibidi. Texnologiya
sektorunda da önəmli yatırımları olan iş adamı "Twitter"in ən böyük
səhmdarlarından biridi. Ötən il "Apple" və "Facebook"dakı
səhmlərini satan rusiyalı milyader "Arsenal"ın ən böyük
səhmdarlarından hesab olunur. O, təxminən 1,5 il əvvəl açıq bir
məktub yazaraq "Arsenal"ın iş modelini və idarəçilik üsulunu tənqid
etmişdi.
Maraqlı: Usmanov son olaraq "Alibaba" adlı bir internet şirkəti
qurub.
Mənsur bin Zayed Əl Nahyan (Mançester Siti)
Sərvəti - 31.5 milyard dollar
Şeyx Mənsur ümumi sərvəti təxminən 150 milyard dollar dəyərində
olan bir ailənin nümayəndəsidir. O, şəxsi sərvətinin böyük bir
hissəsini neft sektorundan qazanıb. Şeyxin həmçinin "Virgin
Galactic" (Kosmik uçuş şirkəti), "Daimler AG" (avtomobil şirkəti)
və "Abu Dhabi Media Investment Corporation" kimi şirkətlərdə
səhmləri var. 2008-ci ildə təxminən 1,5 milyard dollar qarşılığında
"Mançester Siti"ni satın alıb. Heyx Mənsur bu günə qədər kluba
böyük məbləğdə pul xərcləyib.
Maraqlı: Atlara böyük marağı olan Şeyx Mənsur öz atının şərəfinə
festivallar təşkil edir.