Yuxarı

Azərbaycan karateçisi Avropa üçüncüsü oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karate üzrə 14-15 yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvü Ayla Rzazadə (54 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Azərtac xəbər verir ki, çempionatın birinci günündə medal əldə edən A.Rzazadə ilk dəfə qatıldığı rəsmi yarışda nəticə göstərməklə 2018-ci il Yeniyetmələrin Olimpiadasında iştirak etməyə real namizədlərdən biri kimi perspektivini ortaya qoyub.

Yarışda Tale (52 kq) və Tural Yaqubov (63 kq) qardaşları və Ceyhun İsmayılov (kata) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, son anda mükafatçılar sırasına düşə bilməyiblər. Bu nəticə ilə Azərbaycan yarışın ilk günü medal qazana bilən 25 ölkə arasında 18-25-ci yerləri bölüşür.

Avropa çempionatının növbəti iki yarış günündə 16-18 yaşlı gənclər və 21 yaşadək idmançılar mübarizəyə qatılacaqlar.

Qitə çempionatında 50 ölkədən 1147 karateçi iştirak edir.

Tarix
2017.02.18 / 14:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla