Yuxarı

"Bursaspor"da millimizin futbolçusuna etiraz - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının və "Bursaspor"un futbolçusu Deniz Yılmaz Türkiyə Super Liqasında XXI turun "Kayserispor"la səfər matçından qayıdarkən kəskin etirazla qarşılaşıb.

Report-un məlumatına görə, buna təcrübəli hücumçunun matçın 19-cu dəqiqəsində rəqib oyunçuya bilərəkdən kobudluq edərək qırmızı vərəqə alması səbəb olub.

Bursa Yeneşir hava limanında Necmi Ayıldız adlı azarkeş komandasını azlıqda qoyaraq 0:2 hesablı məğlubiyyətə səbəbkar olan Yılmazın qabağını kəsib. Fanat "Sən "Bursaspor"a layiq deyilsən, bu komandadan getməlisən. Nə haqqın var "Bursaspor"u pərişan etməyə? Bursanı tərk et. Sənə "Bursaspor" forması yaraşmır. Bir daha bu formanı geyinmə!" deyib.

Azarkeşləri klubun I vitse-prezidenti Ali Ademoğlu və baş məşqçi Mutlu Topçu sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, "Bursaspor" hazırda 28 xalla 8-ci pillədədir. Turun qalan oyunları keçirildikdən sonra "timsahlar"ın daha aşağı pillələrə enəcəyi gözlənilir.

"Timsahlar" azlıqda qaldıqdan sonra 2 top buraxaraq məğlubiyyətlə üzləşiblər.

Tarix
2017.02.18 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan qoşunları Göyçə gölü ətrafından çıxarılır

Prezident Berl Lazarı qəbul etdi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

Tokayevdən XİN başçılarının Almatı görüşünə reaksiya

Əli Əsədov Məhərrəm Kılıçla görüşdü

Fransa Bakıda tam fiaskoya uğradı - Ekspert

İlham Əliyev müftiləri qəbul etdi

Rusiya dövlət kanalında Əliyevlə bağlı bu kadrlar... - Video

Prezidentdən demarkasiya ilə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla