Yuxarı

Bu ölkə İslam Oyunlarında iştirak etməyəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt yığması "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcək.

Bu barədə Report-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, səbəb Küveytin Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən üzləşdiyi sanksiyadır:

"İOC Küveyt Olimpiya Komitəsini bütün beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırıb. Azərbaycan Milli Olimpiya Komitəsi, eləcə də idman qurumları idman tədbirlərini İOC-un tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil. Yəni, Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzərinə götürməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Küveyt istəsə belə, Oyunlara qatıla bilməz".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. Hələlik İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkədən 54-ü Oyunlarda iştirakını təsdiqləyib. Küveytin kənarda qalması İslamiadada maksimum 56 ölkənin iştirak edə biləcəyi anlamına gəlir.

Tarix
2017.02.23 / 13:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla