Yuxarı

Füzuli Musayev qiymətli hədiyyələr payladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubu nazirliyin qurumları arasında stolüstü tennis çempionatı keçirilib.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində keçirilən çempionatda İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev iştirakçılara uğurlar arzulayıb.

Qeyd edilib ki, çempionat artıq 5-ci ildir keçirilir və iştirakçılarda bu turnirə maraq hər il artır.
Daha sonra yarışa start verilib.

Yarışda FHN-in 24 müxtəlif qurumu və onun 72 nəfər əməkdaşı mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışı beynəlxalq dərəcəli hakim Zaur Mikayılov idarə edib.
Komanda yarışında 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), 2-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, 3-cü yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin kollektivi çıxıb.

Şəxsi yarışlarda isə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Bayramov 1-ci, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Vüqar İbrahimov 2-ci, DYMX-nin əməkdaşı Məzahir Həsənov 3-cü olublar.
Komanda və şəxsi birincilik üzrə qaliblər müəyyən olunduqdan sonra mükafatlandırılma mərasimi keçirilib.
Füzuli Musayev qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim edib /AzərTAc/.

Tarix
2014.04.18 / 18:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla