Yuxarı

Berti Foqtsun yerinə Aykut Kocaman gətirilir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəvan"ın baş məşqçisi Güvənc Kurtar Türkiyə mətbuatına maraqlı açıqlama verib.

"Axar.az" xəbər verir ki, ötən həftə ölkəmizdə səfərdə olan "Beşiktaş"ın sabiq baş məşqçisi Samet Aybaba və Türkiyə Məşqçilər Birliyinin rəhbəri İsmail Dilber sən demə, "Neftçi" - "Rəvan" matçını izləməklə kifayətlənməyibmiş. Onlar həm də AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb:

"Samet Aybaba İsmail Dilberlə kubok matçını izləməyə gəldi. Federasiya prezidenti ilə görüşdülər. Yücəl İldiz, Giray Bulak kimi adlar da sabah, o biri gün bura gələ bilər".

Daha sonra Kurtar "Fənərbaxça"nın sabiq məşqçisi Aykut Kocamanın milli komandamızda çalışa biləcəyini söyləyib. Onun sözlərinə görə, Berti Foqts yaxınlarda yığmamızı tərk edə bilər:

""Xəzər Lənkəran" Mustafa hocaya çox ciddi pullar ödəyib. "Qəbələ" komandasının güclü və maddi qaynaqlarının yaxşı vəziyyətdə olduğunu bilirəm. Daha əvvəl Aykut Kocamana Sofiya "Levski"sindən təklif gəlmişdi, ancaq qəbul etməmişdi. Və ya Berti Foqts yaxın vaxtlarda vəzifəsini buraxa bilər və yerinə Türkiyədən marka isimlər gündəmə gələ bilər. Mövsümün əvvəlində bəlkə hoca da Azərbaycan yığmasında işləməyi qəbul edə bilər. Ümid edirəm ki, türkiyəli məşqçilərin sayı burda artar".

Tarix
2014.04.22 / 15:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla