Yuxarı

Almaniya qarşımıza daha bir itki ilə çıxacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına daha bir futbolçu itkisi ilə çıxacaq.

Report-un məlumatına görə, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Yulian Vayql Bundestimin düşərgəsini zədə üzündən tərk edib.

Onun İngiltərə ilə yoldaşlıq görüşünün 66-cı dəqiqəsində sol baldırından aldığı zədənin ciddi olduğu müəyyənləşib. Bu qarşılaşmada hücumçu Timo Verner də xəsarət aldığı üçün heyətdən çıxarılıb.

Yoldaşlıq görüşündə iştirak etməyən Mesut Özil isə Bakıya səfər öncəsi son məşqi də buraxmalı olub.

Yığmanın baş məşqçisi Yoahim Löv kürəyindəki ağrılardan şikayətlənən yarımmüdafiəçini Bakıya gətirməyə qərar verib. Amma Türkiyə əsilli oyunçunun meydana çıxması böyük sual altındadır.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Tarix
2017.03.24 / 18:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla