Yuxarı

“Qarabağ” və "Qəbələ" finalın bir addımlığında

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 30-da futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin digər oyununda “Qarabağ” klubu “Neftçi”nin qonağı olub. Oyunda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” komandası cavab qarşılaşması üçün sərfəli nəticəni təmin edib.

Axar.az xəbər verir ki, “Baksell Arena”da baş hakim Əliyar Ağayevin idarə etdiyi matçın 13-cü dəqiqəsində Muarem Muarem “Qarabağ”ı hesabda irəli çıxarıb. Hücumlarının sayını artıran “Qarabağ” matçın 28-ci dəqiqəsində Dino Ndlovunun vurduğu qolla hesab arasındakı fərqi daha da artırıb – 2:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Görüşün ikinci hissəsində futbolçuların cəhdlərinə baxmayaraq, oyunda əlavə qol olmayıb və matç “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Qəbələ” 3:1 hesabı ilə “İnter”i məğlub edib.

Azərbaycan kuboku yarışının yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 5-də oynanılacaq.

Tarix
2017.03.30 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla