Yuxarı

Rövnəq Abdullayev “Atletiko”nu finala yüksəltdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın məşhur "Qardian" ("Guardian") qəzeti İspaniyanın "Atletiko Madrid" futbol klubunun uğurlu çıxışında Azərbaycanın rolu olduğunu iddia edib.

Yazıda qeyd olunur ki, İspaniyanın "Atletiko Madrid" klubu futbol üzrə Çempionlar Ligasının finalına yüksəlib. Bundan başqa, klub İspaniya çempionu adını da qazana bilər. Bütün bu uğurlarda Atletiko Madridin sponsoru olan bir ölkənin - Azərbaycanın rolu böyükdür.

2013-cü il yanvar ayında iki tərəf arasında imzalanan sponsorluq müqaviləsinin dəyəri 12 milyon avrodur. Atletiko komandası öz idman formasının üzərində "Land of Fire" yazısı ilə Azərbaycanı bir növ təbliğ edir, bundan başqa gənc azərbaycanlı futbolçular Madrid klubunda təcrübə keçmək imkanını qazanırlar.

Məqalədə vurğulanılır ki, bu əməkdaşlıq Azərbaycanın həyata keçirmək istədiyi ambisiyalı layihələrin yalnız bir hissəsidir. Neftlə zəngin olan bu ölkə artıq "Eurovision" müsabiqəsinə ev sahibliyi edib və 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirtməyə hazırlaşır. /Azvision.az/

Tarix
2014.05.02 / 18:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla