Yuxarı

Boksçumuz Avropa çempionatını gümüş medalla bitirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün başa çatıb.

Report xəbər verir ki, bu gün baş tutan final mərhələsində rinqə yığmamızın üzvlərindən 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı çıxıb.

Həlledici görüşədək 3 rəqibinə qalib gələn Olimpiya mükafatçımız ukraynalı Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə 25 yaşlı boksçumuz Avropa çempionatını gümüş medalla bitirib.

Avropa çempionatında millimizin 5 üzvü 1/4 finala kimi irəlilədiyindən dünya çempionatına lisenziya da qazanıb. Şahsuvarlı ilə yanaşı, Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) avqustun 25-də Almaniyanın Hamburq şəhərində start götürəcək mundiala qatılmaq hüququna yiyələniblər.

Tarix
2017.06.24 / 20:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla