Yuxarı

Rusiya hamını, Azərbaycan yalnız Misiri qabaqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmatçılar arasında keçirilən komandalararası dünya çempionatı başa çatıb.

APA-nın məlumatına görə, qadınların yarışında mübarizə aparan Azərbaycan yığmasının çıxışı uğursuz alınıb.

Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Xanım Balacayevadan ibarət komandamız 10 ölkə arasında 9-cu yeri tutub. Belə ki, yığmamız keçirdiyi 9 turda cəmi 5 xal toplayıb. Şahmatçılarımız Misirə 4:0 hesabı ilə qalib gəlib, Rusiya, Çin və ABŞ-la heç-heçə oynayıb -2:2. Millimiz Polşa (0,5:3,5), Vyetnam (1,5:2,5), Ukrayna (1,5:2,5), Gürcüstan (1:3) və Hindistana (1:3) isə uduzub.

Dünya çempionatının qalibi adını 16 xal toplayan Rusiya qazanıb. Onlardan 3 xal geri qalan Çin ikinci, aktivində 12 xal olan Gürcüstan üçüncü olub.

Növbəti pillələrdə müvafiq olaraq, Ukrayna, Hindistan (hər ikisi 12 xal), Polşa (9), ABŞ (6), Vyetnam, Azərbaycan (hər ikisi 5) və Misir (0) qərarlaşıb.

Qeyd edək ki, mübarizə aparmadığınız kişi şahmatçıların mübarizəsində dünya çempionu adı Çinə (16 xal) nəsib olub. Rusiya (15 xal) ikinci, Polşa (12) üçüncü yeri tutub.

Tarix
2017.06.26 / 19:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla