Yuxarı

Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslən azərbaycanlı, hazırda Rusiyanın Yekaterinburq şəhərində yaşayan tay boksu üzrə dünya çempionu Tahir Xəlilov növbəti uğura imza atıb.

Lent.az-ın məlumatına görə, tay boksu üzrə İjevsk şəhərində keçirilən Rusiya Kubokunun finalında erməni Arutun Ohanesyanı məğlub edən Tahir ölkə kubokuna sahib çıxıb.

Uzun müddətdir ki, bu idman növüylə məşğul olan həmyerlimiz yaşının az olmasına baxmayaraq Rusiyanın tanınmış boksçularından sayılır. Maraqlısı odur ki, Tahir Xəlilov indiyədək keçirdiyi heç bir döyüşdə məğlub olmayıb.

Son döyüşünü isə atası Tağı Xəlilovun yubileyinə həsr edən Tahirin əsas uğurlarından biri də keçən ilin dekabrında tay boksunun vətəni Tailanda WMC I-1 Global kateqoriyası üzrə dünya çempionu olmasıdır.

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri, Şahin Şıxlinskinin bildirdiyinə görə, Tahir nəinki bu şəhərdə yaşayan azərbaycanlıların, bütün vilayətin, Rusiya Federasiyasının fəxridir.

“Onun adı artıq Avropadan, dünyadan gəlir. Cavan olmasına baxmayaraq artıq dünyanın əsas tay boksçuları onunla hesablaşmaq məcburiyyətindədir. Dünya çempionu olanda sevincimizin həddi-hüdudu yox idi. Ən böyük arzum budur ki, Tahir olimpiya çempionu olsun. O, buna haqq edir. Biz də, şəxsən mənim özüm də diaspora sədri olaraq ona mənəvi və maddi dəstək verməyə hazıram. Tahirin atası Tağı Cavanşir oğlu neçə müddətdir ki, Yekaterinburqda yaşayır. Buradakı azərbaycanlıların ağsaqqalı hesab olunur. Xeyriyyəçi kimi tanınır. Amma Tahir təkcə onun yox, hamımızın oğludur, Azərbaycanın oğludur. Biz onunla fəxr edirik” deyə Şıxlinski bildirib.

Tarix
2017.07.20 / 13:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla