Yuxarı

Millimiz rəqibini darmadağın etdi - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:42/ 20:00

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi San-Marino yığmasını qəbul edəcək.

Axar.az xəbər verir ki, oyunu monteneqrolu hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Nikola Dabanovic olacaq. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavle Radovanovic yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru danimarkalı Kaj Ostergaard, komissar isə qazaxıstanlı Oljas Abrayev olacaq.

Azərbaycan-San-Marino oyunu "Bakcell Arena"da saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Norveç 7 xalla dördüncü, Azərbaycan yığması 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

***

20:36

Millimizlə San Marino arasında baş tutan görüşdə Əfran İsmayılov 20-ci dəqiqədə qol vuraraq hesabı açıb.

24-cü dəqiqədə isə Araz Abdullayevr qol vuraraq hesabı 2:0 edib.

***

21:25

Millimiz matçın 57-ci dəqiqəsində Əfran İsmayilovun qolu ilə hesab arasındakı fərqi artırdı: 3-0.

***

Görüşün 71-ci dəqiqəsində San-Marinonun oyunçusu Kevoli avtoqola imza atdı: 4-0.

Bundan 2 dəqiqe sonra Palazzi hesab arasındaki fərqi azaltdı: 4-1.

***

81-ci dəqiqədə Rəşad Sadıqovun vurduğu qol ilə hesab arasındakı fərq artdı: 5:1.

21:52

Millimiz San-Marino ilə görüşdə 5-1 hesabı ilə qalib gəldi. Bununla millimiz seçmə mərhələdə xal hesabını 10-a çatdırdı.

Tarix
2017.09.04 / 21:52
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyanı Bakıya dəvət etmək olar - Deputat

Prezidentin Slovakiyanın baş naziri ilə görüşü başladı

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla