Yuxarı

"Qarabağ"ın rəqibi "Arsenal"la bacarmadı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın "Qarabağ" komandasının futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti görüşlərini keçiriblər.

Axar.az xəbər verir ki, Azərbaycan təmsilçisinin sentyabrın 27-də Bakı Olimpiya Stadionunda qəbul edəcəyi İtaliyanın "Roma" komandası öz meydanında "Verona"nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Üçüncü tur çərçivəsində keçirilən matçda Raca Nainqolan bir qol vurub, Edin Ceko isə dubl edib. Hazırda İtaliya çempionatında altı xal toplayan "Roma" komandası "A" seriyasında doqquzuncu sırada qərarlaşıb.

Ağdam klubunun qrupdakı digər rəqibi İspaniyanın "Atletiko Madrid" kollektivi öz meydanında "Malaqa"ya minimal hesabla qalib gələrək hesabına üç xal yazdırıb - 1:0. Oyunda vurulan yeganə qolun müəllifi Antuan Qrizman olub. Dörd turdan sonra səkkiz xala malik İspaniya təmsilçisi La Liqada "Barselona" və "Real sosyedad"ın ardınca üçüncü pillədədir.

"Qarabağ"ın Londonda məğlub olduğu İngiltərənin "Çelsi" komandasının isə Premyer Liqada ev oyununda "Arsenal" ilə qarşılaşması heç-heçə başa çatıb - 0:0. Hazırda beş oyundan sonra aktivində on xal olan “Çelsi” turnir cədvəlində üçüncü yerdədir.

Tarix
2017.09.17 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla