Yuxarı

Azərbaycan cüdoçularının böyük uğuru - İlk dəfə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyində milli komandamız parlaq qələbələr qazanıb.

Axar.az xəbər verir ki, Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar. Təmsilçilərimizdən fəxri kürsünün ən yüksək pilləsinə Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qalxıblar. Gümüş mükafatları millimizə Rəşxan Baxışəliyev (55 kq) və Murad Fətiyev (73 kq) yazdırıblar. Xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə çempionatın bürünc medallarını qazanıblar.

Qeyd edək ki, 41 ölkədən 402 idmançının (222 oğlan, 180 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub.

Kişilərdən ibarət yığmamız isə komanda yarışlarında bütün rəqiblərinə qalib gələrək tarixində ilk dəfə Avropa çempionu adına layiq görülüb.

Tarix
2017.09.19 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla