Yuxarı

Famil Ağayev: "Bu, bizim üçün böyük dəstəkdir"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa çempionatının ölkəmizdə keçirilməsi, doğma azarkeşlərimizin qarşısında oynamağımız komandamız üçün dəstəkdir.

Axar.az xəbər verir ki, bunu qadınlar arasında voleybol üzrə Azərbaycan milli komandasının məşqçisi Famil Ağayev sentyabrın 21-də mötəbər turnirlə əlaqədar təşkil edilən brifinqdə deyib.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi kollektivin yarışa tam hazır olduğunu diqqətə çatdıran F.Ağayev bildirib: “Üç aya yaxın müddət ərzində yoxlama oyunları keçirmişik. Qrupumuzdakı rəqiblərin hamısı çox güclüdür. Qələbə qazanmaq üçün əzmkarlıqla mübarizə aparmaq lazımdır. Yığmamız bunun üçün tam hazırdır və komandamıza inanırıq”.

Nataliya Məmmədovanın yığmaya qayıdışının komandanın gücünü daha da artırdığını vurğulayan məşqçi bildirib: “Nataliya çox güclü voleybolçudur və hazırda yaxşı formadadır. Komandada top qəbulu zamanı bir az çətinliyimiz olur. Hazırlıq zamanı buna xüsusi fikir vermişik. “A” qrupundakı rəqiblərimiz - Almaniya, Polşa və Macarıstan ilə qarşılaşmalara ciddi hazırlaşmışıq. Qrupu birinci yerdə başa vurmaq istəyirik”.

Tarix
2017.09.21 / 22:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla