Yuxarı

Aşqabada dəvət olunmağımızda əsas məqsəd... - Talıbov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aşqabad-2017”yə dəvət olunmağımızda əsas məqsəd Azərbaycanda keçirilən ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında qazandığımız təcrübəni bu yarışlarda tətbiq etməkdir. Media meneceri kimi burada əsas missiyamız “Mix zona”larda müsahibələrin təşkili, media tribunaları və iş otaqlarının idarə olunmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri Aşqabadda təşkil olunan qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında basketbol arenasının media meneceri, həmyerlimiz Kamran Talıbov Azərtac-a məxsusi müsahibəsində deyib.

K.Talıbov bildirib ki, Aşqabadda tətbiq etdiyimiz təcrübəni biz Bakıda təşkil olunan irimiqyaslı yarışlarda xarici mütəxəssislərdən öyrənmişik. Hazırda bu təcrübəni yerli könüllülər və mütəxəssislərlə bölüşürük. Çalışırıq ki, “Aşqabad-2017”nin yüksək səviyyədə təşkil olunmasına öz töhfəmizi verək.

“Mən “Aşqabad-2017”də fəaliyyətə yarışların başlamasına bir az qalmış başlamışam. Ancaq “Aşqabad-2017”nin Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislər bir neçə müddətdir çalışırlar. Bizi digər mütəxəssislərdən fərqləndirən əsas amil yerli əhali ilə rahat ünsiyyət qurmağımızdır”, - deyə K.Talıbov əlavə edib.

Qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növü üzrə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır.

Tarix
2017.09.25 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla