Yuxarı

I Futbol Turnirinin qalibi bəlli oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsell Telekom” idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə hər zaman böyük önəm verərək, həm öz müştəriləri və əməkdaşları arasında, həm də şirkətin korporativ sosial məsuliyyət layihələrində bu istiqaməti inkişaf etdirib.

Axar.az xəbər verir ki, öz müştəriləri arasında həm işgüzar, həm də dost münasibətlərini möhkəmlətmək, onların idmana qarşı həvəsini artırmaq və asüdə vaxtlarını təşkil etmək üçün “Azərsell Telekom” daha bir maraqlı təşəbbüslə çıxış edib və korporativ abunəçiləri arasında təşkil etdiyi I Futbol Turnirini uğurla başa vurub.

Turnirin oktyabrın 11-də keçirilən üçüncü yer uğrunda oyununda və eləcə də final turunda azarkeşlər maraqlı və gərgin mübarizənin şahidi olublar. “Gilan” və “Kapital Bank” komandaları uçüncü yer uğrunda mübarizə aparıblar. Nəticədə “Kapital Bank” komandası qalib gəlib. Hər kəs tərəfindən maraqla gözlənilən final oyununda isə STP (Sumqayıt Texnologiyalar Parkı) və Azeri M-İ komandaları yarışıblar. Qızğın oyun nəticəsində 6:2 hesabla STP təmsil edən komanda yarışın qalibi olub. Qaliblər Azercell-in prezidenti Vahid Mürsəliyev tərəfindən turnirin kuboku və medallarla təltif olunub, dəyərli hədiyyələr alıblar.

Məlumat üçün bildirək ki, sentyabrın 8-dən başlayan futbol turnirində 12 komanda öz gücünü sınayıb. Turnirdə “Kapital Bank”, “North West Construction”, “Xəzər Media”, “Unibank”, “Sumqayıt Texnologiyalar Parkı”, “Gilan Holding”, “TOPAZ”, “Azərtexnolayn”, “Azeri M-İ”, “AA Services”, “Coca-Cola” kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.10.12 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla