Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyun 2018


Rəşad Sadıqov baş məşqçiliyindən danışdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İmarət” azarkeş qrupu və “Qarabağ” futbol klubunun birgə təşəbbüsü ilə Turizm və Menecment Universitetində millimizin keçmiş kapitanı Rəşad Sadıqovla tələbələrin görüşü keçirilib.

Axar.az xəbər verir ki, tədbir “İmarət” azarkeş qrupunu tələbələrə tanıtmaq və “Qarabağ” futbol klubunun tarixini aşılamaq məqsədilə keçirilib.

Tədbiri universitetin dekanı Anar Mirzəyev və “İmarət” azarkeş qrupunun rəhbəri Qabil Hüseynovun açılış nitqi ilə başlayıb. Nurlan İbrahimov isə “Qarabağ”ın tarixi və “İmarət” azarkeş qrupunun klub üçün etdikləri haqda danışıb.

Daha sonra çıxış edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bunları deyib:

“Təhsilli gənclər qarşısında danışmaq mənim üçün çətindir, çünki idmançılarla ali təhsilli gənclər arasında böyük fərq var. Mən özüm orta məktəbi 9-cu sinifə qədər yaxşı oxumuşam, lakin sonradan idman sahəsinə yönəldiyimə görə dərslərimə elə də vaxt ayıra bilməmişəm. Çox sevinirəm ki, “İmarət” azarkeş qrupu belə gözəl təşəbbüsə əl atıb və bu tədbirin keçirilməsində əziyyət çəkib. “Qarabağ”ın gənclərimizin arasında bu qədər sevilməsi qürurvericidir. Mən hər dəfə meydana çıxanda azarkeşlərimizə baxıb güc alıram. Çox sevindirici haldır ki, “Roma” ilə oyunda stadion tamamilə dolmuşdu. İnanın, bəlkə də buna görə idi ki, biz “Roma” kimi klubla o dərəcədə mübarizə aparmağı bacardıq”.

Tələbələrdən birinin “Deyirlər, siz futbol karyeranızı bitirdikdən sonra məşqçiliyə başlayacaqsınız. Bu, düzgün məlumatdır?” sualına, kapitan “Məşqçilik məsuliyyətli peşədir. Hazırda düşünürəm ki, bu haqda danışmağa tezdir” - cavabını verib.

Tarix
2017.10.12 / 19:27
Müəllif
İsko Babazadə
Şərhlər
Загрузка...
Digər xəbərlər

Misir Rusiyaya məğlub oldu: 3 - 1

Seneqal Polşanı məğlub etdi - DÇ

Yaponiya mundiala qalibiyyətlə başladı

Qurbanov püşkatmadan danışdı: Çətin rəqib düşdü

Ərdoğan açıqladı: Bu futbolçunun heyranıyam

“Qarabağ”ın rəqibi bəlli oldu - Püşkatma

Messi son məşqə qatılmadı: Səbəb açıqlanmır

Keyn ingilisləri son anlarda xilas etdi

Xorvatiya millisində şok: Kaliniç qovuldu

Kadırovdan ABŞ-a cavab: Şimali Qafqazda təhlükə...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla