Yuxarı

Simeone ad gününü səhərə qədər... - Hafka

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əla oğlandı. Özü də bunu deyim, bir ad gününü mənim evimdə keçirib.

Axar.az xəbər verir ki, bu sözləri “Baghlan group”un və tarixin yaddaşına köçən “Bakı” futbol klubunun prezidenti, "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov "Atletiko"nun baş məşqçisi Dieqo Simeone barədə Qol.az-a müsahibəsində deyib.

H.Məmmədov D.Simeonenun Azərbaycana təklifindən və faydasından danışıb:

"Çox yaxşı adamdı. Simeonenin köməkçisi də komandanın əhval-ruhiyyəsin qaldırır. Bir şey deyim, Simeoneyə çox dəyər verirlər klubda, sözünə qulaq asırlar. “Atletiko” deyir ki, biz o vaxt xoşbəxt olduq ki, Simeone və bizimlə sponsorluq eyni vaxta təsadüf etdi.

Çox yaxşı, zarafatcıl, iradəli və xarakterli adamdır. Dəmir intizamı var. Yeri gəlmişkən, Simeonenin Azərbaycan futboluna da faydası dəyə bilərdi. Amma, görünür, müəyyən insanlar bunu istəmədi. O vaxt əməkdaşlığımız zamanı söz vermişdi ki, 2020-ci ilə kimi İslandiya millisi tərzində yeni Azərbaycan milli komandası yarada bilər. Deyirdi ki, Azərbaycandan mənə, “Atletiko”ya 15-16 yaşlarında 40 nəfər uşaq verin. Hamısını aparım Madridə. İçlərindən 20-sini seçib, digərlərini geri qaytaracam. Həmin 20 futbolçu İspaniyada qalıb təcrübələrini artırmalı və Azərbaycan milli komandalarına fayda verməli idi.

Əla oğlandı. Özü də bunu deyim, bir ad gününü mənim evimdə keçirib. 2013-cü ilin, aprelin 28-də, səhv eləmirsə, 43 yaşı tamam olurdu. Qismətdən “Atletiko”nun Bakıya səfəri Simeonenin ad gününə təsadüf etdi. “Four seasons”dakı ziyafətdən sonra gəldik bizim evə, yəni bura. Danışdıq, güldük, yedik-içdik. Sonra dedi ki, olar elə səhərə qədər burda oturum? Səhər açılana qədər onun ad gününü qeyd etdik. Radamel Falkao (hazırda “Monako”da oynayır – A.B.) və başqa bir neçə futbolçu da onunlaydı. Sonra bütün komanda bura gəldi. Bir iki hədiyyə də verdim. Falkao hamısından fağır görünürdü. Yetim kimi kənarda dayanmışdı. O biri futbolçular isə maşallah zirək idi, hərəsi bir şey götürürdü".

Tarix
2017.10.17 / 01:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla