Yuxarı

"Sabah" yazını sildi, müəllif Azərbaycandan üzr istədi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” "Əzik xoreoqrafiya” başlığı ilə yayımlanan yazını saytdan götürüb.

Axar.az xəbər verir ki, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Adana millət vəkili Necdət Ünüvar olayla bağlı "Sabah" qəzetinin baş redaktoru ilə danışıb. Sosial mediada ciddi etiraz və bu yazının türkiyəlilərlə azərbaycanlıları narahat etməsi redaktorun diqqətinə çatdırılıb, bu yanlışlığın aradan qaldırılması təklif edilib. Bundan sonra sözügedən yazı qaldırılıb. Əvəzində isə "Çempionlar Liqasında tarix yazan "Qarabağ"ın bilmədiyiniz yönləri" başlığı ilə komandanın tarixi ilə bağlı yazı dərc edilib.

Qeyd edək ki, bu gün müəllif Tvitter hesabından Azərbaycan xalqından və "Qarabağ" azarkeşlərindən üzr istəmişdi.

Xatırladaq ki, “Qarabağ” - “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatla bağlı "Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlamışdı. Xəbərin müəllifi Mövlud Tezel adlı köşə yazarıdı. Bu yazı həm Azərbaycanda, həm də Türkiyədə böyük etiraza səbəb oldu və müəllif və qəzet tənqid edildi.

Tarix
2017.10.22 / 02:32
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla