Yuxarı

Əlimizdən gələni edəcəyik ki... - Qurban Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə, “Qəbələ” komandasını təbrik edirəm. Oyuna gəldikdə isə düşünürəm ki, kifayət qədər maraqlı görüş keçdi. Matçda 1 qol olsa da, oyunun tempi yüksək idi. Biz heyətdə dəyişiklik etsək də, hücuma atılsaq da, rəqib hesabı qorumağı bacardı.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra deyib.

“Qarşıda bizi “Atletiko Madrid” ilə səfər oyunu daxil olmaqla, bir neçə çətin oyun gözləyir. Lakin əlimizdən gələni edəcəyik ki, oyunçularım fiziki olaraq bütün oyunlara hazırlıqlı olsunlar. “Qəbələ” ilə oyuna gəldikdə, mübahisəli epizod çox idi. Amma hər zaman demişəm, futbolda hakim səhvlərindən danışmağa ehtiyac yoxdur”, - Qurban Qurbanov bildirib.

Qeyd edək ki, “Qəbələ”-“Qarabağ” matçı 1-0 “Qəbələ”nin xeyrinə başa çatıb.

Tarix
2017.10.22 / 21:35
Müəllif
İsko Babazadə
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla