Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2019


Şahmatçılarımız liderliyə yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Yunanıstanda keçirilən Avropa çempionatında mübarizəni davam etdirir.

Axar.az xəbər verir ki, Azərbaycan şahmatçıları səkkizinci turda turnir cədvəlinin ilk pilləsində qərarlaşan Rusiya millisi ilə qarşılaşıblar.

Görüşün birinci lövhəsində Şəhriyar Məmmədyarov Aleksandr Qrişuku, ikinci lövhədə isə Teymur Rəcəbov Yan Nepomnyatçını 1:0 hesabı ilə məğlub edib.

Üçüncü lövhədə keçirilən Arkadi Naydiç (Azərbaycan) - Maksim Matlakov (Rusiya) görüş isə rəqib şahmatçının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dördüncü lövhədə keçirilən Rauf Məmmədov ilə Danil Dubovun görüşündə də təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan komandası Rusiya yığmasını 3:1 hesabı ilə məğlub edib və turnir cədvəlində hesabındakı xallarının sayını 13-ə çatdıraraq liderliyə yüksəlib.

Aktivində 12 xal olan Rusiya isə turnir cədvəlində ikinci pillədədir.

Çempionata noyabrın 6-da yekun vurulacaq.

Xatırladaq ki, Avropa komanda çempionatında kişilərdən ibarət 40 komanda çıxış edir. İsveçrə sistemi üzrə təşkil olunmuş yarışlar doqquz turdan ibarətdir.

Tarix
2017.11.05 / 22:56
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qurbanov məğlubiyyətə səbəb kimi hava şəraitini əsas gətirdi

"Qarabağ" macarlara, "Qəbələ" isə almanlara məğlub oldu

ABŞ-ın 26 yaşlı azərbaycanlı çempionu – Foto

"Qarabağ" "Neftçi"ni məyus edən komandaya qarşı

Formula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...

Şəhriyar rus liderlə qarşılaşdı - Hollandiya turu

Ronaldo malikanəsini satdı - Foto

BMV bu modellərini geri çağırır

"Qarabağ"da Aqolliyə vəzifə verilir? - Alban mediası

Bu ölkədə idmançıya heykəl ucaldılır

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla