Yuxarı

"Qalatasaray"ın sabiq baş məşqçisi Şəmkirə gəldi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peşəkar səviyyədə fəaliyyətini dayandıran "Şəmkir” birdəfəlik tarixin yaddaşına qovuşmayacaq.

Qaynarinfo xəbər verir ki, komanda həvəskarlar arasında keçiriləcək "Region Liqası”nda çıxış edəcək. Kəndlərarası Şəmkir çempionatının keçirilməsi də yeni yaradılan komanda üçün oyunçu seçiminə hesablanıb.

"Region Liqası"na önəm verən qərb klubu, töhfələrindən yararlanması üçün üçün Türkiyədən mütəxəssis də dəvət edib. Söhbət hazırda "Konyaspor"da menecer vəzifəsini icra edən Cenk Özcandan gedir. Bu vaxtı ilə Aykut Kocaman, Mehmet Özdilek, Hikmət Karaman, Yılmaz Vural kimi məşqçilərlə çalışan Özcanın Şəmkirə ikinci səfəridi. Cenk Özcan eyni zamanda Türkiyədə "Qalasataray"ın əvəzedici komandasını çalışdırıb, "Ankaragücü" və "Kasımpaşa" kimi klublarda məşqçi vəzifəsini icra edib.

Bu gün türkiyəli qonaq Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovla görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı qonağı Şəmkirdə görməkdən məmnun olduğunu bildirib və rayonda keçirilən furbol birinciliyinin onlar üçün əhəmiyyətindən danışıb:

"Turnirin keçirilməsində məqsəd rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsidir”.

Cenk Özcan da öz növbəsində Şəmkirdə olmaqdan məmnunluğunu bildirib və tarixi köklərə malik olan "Şəmkir” klubu ilə əməkdaşlığa önəm verdiklərini qeyd edib.

Türkiyəli mütəxəssis Şəmkirdə davam edən rayon birinciliyinin gələcəkdə "Şəmkir” klubu üçün bir baza formalaşdıracağını vurğulayıb.

Tarix
2017.12.14 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla