Yuxarı

Karlo Ançelotti yenidən “Çelsi”yə qayıdır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi” futbol klubunun sabiq baş məşqçısı Karlo Ançelotti bu qış yenidən London klubuna qayıda bilər.

Axar.az xəbər verir ki, “Çelsi” klubunun sahibi Roman Abramoviç 58 yaşlı italiyalı mütəxəssislə görüşərək ona 2018-ci ilin fevral ayında kluba geri dönməyi təklif edib.

Hazırda “Çelsi” klubunun məşqçisi digər italiyalı mütəxəssis Antonio Kontedir. Klub ötən mövsüm onun rəhbərliyi ilə İngiltərə çempionu olub. “Çelsi” hazırda İngiltərə çempionatında 35 xalla üçüncü yerdədir və turnir cədvəlinin lideri “Mançester Siti” klubundan 14 xal geri qalır.

Xatırladaq ki, Ançelotti “Çelsi” klubuna 2009-2011-ci illərdə başçılıq edib. Komanda 2009-2010-cu il mövsümündə İngiltərə çempionu olub və ölkə kubokunu qazanıb. Karlo Ançelotti, həmçinin İtaliyanın “Parma” (1996-1998), “Yuventus” (1999-2001) və “Milan” (2001-2009) komandalarında, Fransanın PSJ (2011-2013), İspaniyanın “Real” (2013-2015) və Almaniyanın “Bavariya” (2016-2017) klublarında məşqçilik fəaliyyəti göstərib.

Tarix
2017.12.16 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla