Yuxarı

Cüdoçumuz turniri 2 medalla başa vurdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan cüdo millisi Rusiyanın Sankt Peterburq şəhərindəki "Vorld Masters" turnirini 2 medalla başa vurub.

Report-un məlumatına görə, son yarış günündə dünya və Avropa çempionu Elxan Məmmədov da bürünc medala sahib olub.

35 yaşlı cüdoçu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə Joakim Dvarbini, növbəti qarşılaşmasında Jorje Fonsekanı üstələyib. Lakin yarımfinalda Məmmədov hollandiyalı Mixael Korrelə "qızıl xal"la uduzub. Bürünc medal uğrunda görüşdə isə rəqib "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisov olub. Təcrübəli cüdoçu qalib gələrək, fəxri kürsüdə yer almağı bacarıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir təmsilçisi Hidayət Heydərov 73 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib. Digər cüdoçulardan Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov 7-ci yeri tutub.

Tarix
2017.12.17 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla