Yuxarı

"Beşiktaş" prezidenti: İki oyunçumuzu Bakıya göndərə bilərik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Azərbaycana getmək istəyirik. Milli komandaların oyunları ilə bağlı fasilədə həmin ölkələrin çempionatlarında boşluq yaranır. Onda isə futbolçular yığmanın düşərgəsində olduqlarından getməkdə çətinlik çəkirik. Bəzən siyasi vəziyyətlər də səfərimizə təsir edir. Amma niyyətimiz dəyişməz olaraq qalır.

Qol.az-ın məlumatına görə, bu sözləri "Beşiktaş" klubunun prezidenti Fikrət Orman bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, fevral ayında klubun nümayəndə heyətinin Azərbaycana gələcəyini bildirib: "Azərbaycan hər zaman ciddiyə aldığımız bazardır. Fevral ayının əvvəlində nümayəndələrimiz Bakıya gedəcəklər. Gələn ay orada insanların cəm şəkildə matçlarımızı seyr edə biləcəyi bir məkan və mağaza açılacaq. Açılış üçün iki oyunçumuzu və baş məşqçimizi də Bakıya göndərə bilərik".

Türkiyədə oyunların gündüz saatlarında keçirilməsinin tərəfdarı olduğunu bildirən F. Orman "Konyaspor"la Superkubok matçında yaşananları xatırladıb: "Qışın ortasında saat 20:30-da "Osmanlıspor"la kubok oyunu oynayacağıq. Buranın nə qədər soyuq olduğunu bilirik. Türkiyə Futbol Federasiyasına müraciət etdik, alınmadı. Bu görüşdə hamı görsün deyə futbolçularımızı oynatmaq istəyirik, amma riskə girə bilmərik. Burda bir futbolçumuz zədələnsə, Çempionlar Liqası və Super Liqada problem yaşayarıq. "Beşiktaş" Samsunda "Konyaspor"la bir oyun keçirdi. İctimaiyyətin yadında oyun yox, dava, bıçaqlaşma qaldı. Həmin vaxt da demişdim, kaş ki, o oyunu Bakıda, İndoneziyada oynayardıq. Biz Türkiyənin tanıtımını yüksəltmək istəyirik".

Tarix
2018.01.16 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla