Yuxarı

Messi Müllerin rekordunu təzələdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Avropa top-liqasında (İspaniya, İngiltərə, Almaniya və Fransa) eyni klubda vurulan qolların sayına görə “Bavariya”nın hücumçusu Herd Müllerin rekordunu təzələyib.

Axar.az xəbər verir ki, argentinalı İspaniya çempionatının 19-cu turunda “Real Sosyedad”la səfərdə keçirilən matçda (4:2) qol vurub. Beləliklə, onun İspaniya birinciliyində keçirdiyi 401 matçda vurduğu qolların sayı 366 olub.

1964-cü ildən 1979-cu ilədək “Bavariya”nın idman şərəfini qoruyan Müller isə Almaniya çempionatında keçirdiyi 427 matçda 365 qol vurub.

Messi “Barselona”da 2004-cü ildən oynayır və bu vaxt ərzində o, səkkiz dəfə İspaniya çempionu, beş dəfə İspaniya kubokunun sahibi və dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

2017-ci il noyabrın 25-də “Barselona” Messi ilə kontraktın 2021-ci ilədək uzadıldığını elan edib və kontraktda futbolçunun sərbəst qalmaq qiyməti 700 milyon avro təyin edilib.

Tarix
2018.01.16 / 19:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla