Yuxarı

Məhkəmədən Messiyə daha bir zərbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya məhkəməsi "Barselona"nın futbolçusu Lionel Messinin üzərindən şübhəli şəxs ittihamını götürməkdən imtina edib.

Dünyanın ən yaxşı futbolçularından biri vergilərdən yayınmaqda ittiham olunur.

Onu vergilərdən yayınmaq üçün saxta kompaniya yaratmaqda şübhəli bilirlər. Dövlət ittihamçısı iyunun 17-də məhkəmədən Messinin adının şübhəli şəxslər siyahısından çıxarılması və ancaq onun atası Xoxe Messi ilə bağlı işə baxılması üçün xahiş edib. Amma hakim bu xahişi rədd edərək, futbolçunun saxta kompaniyanın yaradılması və dəstəklənməsinə razılıq verə biləcəyi ilə bağlı xeyli əsas olduğunu vurğulayıb.

Prokurorluq Messi barəsində 2013-cü ildə iş qaldırıb. 26 yaşlı futbolçu və onun atası vergidən 4,2 milyon avronu gizlətməkdə ittiham edilirlər. Futbolçu özü maliyyə məsələlərindən başı çıxmadığını və vergilərdən yayınma barəsində heç bir məlumatı olmadığını bildirsə də, məhkəmə başqa qərar çıxarıb.

Messinin qərardan şikayət verməsi üçün 10 gün vaxtı var.

APA

Tarix
2014.07.29 / 11:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla