Yuxarı

Stadnik son saniyədə qələbəni əldən verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik İsveçin Klippan şəhərində keçirilən açıq beynəlxalq turnirdə gümüş medal qazanıb.

Axar.az xəbər verir ki, qadın güləşçilərin reytinq xallarının hesablandığı ilk yarışın finalında Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısı, dünya və 6 qat Avropa çempionu Mariya Stadnikin rəqibi ötən ilin Asiya və Dünya çempionu Yui Susaki olub.

Gərgin keçən qarşılaşmanın son saniyələrində 2:1 hesabı ilə öndə olan Stadnik bu üstünlüyü qoruya bilməyib. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Son xalı rəqib qazandığından döyüşün qalibi də o olub.

50 kq

FINAL. Mariya Stadnik - Yui Susaki (Yaponiya) - 2:2

1/2 final. Mariya Stadnik - Amy Ann Förnsayd (ABŞ) - 10:0 (1 dəq. 59 san.)

1/4 final. Cessica Ann Mari Makdonald (Kanada) - Mariya Stadnik - 0:12 (4 dəq. 35 san.)

1/8 final. Emilia Alina Vuk (Rumıniya) - Mariya Stadnik - 0:10 (1 dəq. 42 san.)

Qeyd edək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Avropa və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.

Tarix
2018.02.18 / 17:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla