Yuxarı

”Qarabağ”-“Zalsburq”: biletlər qara bazarda - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klublar arasında Avropa Çempionlar Liqasının növbəti təsnifat mərhələsi çərçivəsində bu gün 20:30-da keçirilməsi nəzərdə tutulan futbol matçının ucuz biletləri qara bazara yol tapıb.

Axar.az xəbər verir ki, bu barədə fotobloqçu Mehman Hüseynov özünün Yutub səhifəsində video yerləşdirib.

1 manatlıq biletlərin dəllallar tərəfindən 5 manata satılması videoda əks olunub.

Məsələ ilə bağlı AFFA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Firuz Abdulla Axar.az-a açıqlamasında oyunun təşkilatçılığının onlarla əlaqəsi olmadığını dedi:

"Oyunun təşkilatçısı AFFA deyil. Avropa klubları arasındakı çempionatlarda, bu tipli liqa yarışlarında oyunun təşkilatçısı bizim tərəfdən çıxış edən yerli klub olur. Müvafiq olaraq, bu oyunun təşkilatçısı da "Qarabağ" klubudur. Ancaq istənilən halda bu məsələyə nəzarət etmək, demək olar ki, qeyri-mümkündür. Elə olmasa, digər ölkələrdə də bu məsələni həll etmiş olardılar. İşbazlar bilir ki, bu oyuna maraq yüksəkdir, ona görə əvvəlcədən biletləri alırlar. Biz olmayaq, "Qarabağ" olsun - fərq etməz, təəssüf ki, bu məsələ ilə bağlı nəzarət mexanizmi hələ ki yoxdur".

Tarix
2014.07.30 / 18:08
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla